Accessibility links

İran azərbaycanlı fəal Məhsa Mehdili Urumiyyədə mühakimə olunub

  • Insafəli Hidayət

İran azərbaycanlı fəal Məhsa Mehdili Urumiyyədə mühakimə olunub

İran azərbaycanlı fəal Məhsa Mehdili Urumiyyədə mühakimə olunub

Azərbaycanlı siyasi və mədəni fəal, Məhsa xanım Mehdili (Mehdizadə) Urumiyyə şəhərinin İnqilab Məhkəməsinin birinci şöbəsində mühakimə olundu.

Məhsa xanım mühakiməsi barədə Amerikanın səsinə məlumat verdi. Digər tərəfdən, onun mühakiməsi barədə xəbər İran Türkləri və Farslarının xəbər sitələrində geniş şəkildə yayılıb.

Mehdili Urumiyyə şəhərinin İttilaat idarəsində 16 gün təkadamlıq kamerada saxlandı və ona qarşı onlarla ittiham irəli sürüldü. O əsas olaraq “İran İslan Cumhuriyyətilə zid olan qurupların xeyrinə və İran hakimiyyəti ziddinə təbliğat” ittihamı ilə mühakimə oldu.

Məhsa xanım və xəbər qaynaqları məhkəmənin necə geçməsindən məlumat vermeyiblər amma ittihamın qaynaqı, onun radiyolara və TV-lərə verdiyi müsahibələr, yazdığı məqalələrdir. Beynal xalq insan haqları qanunlarına görə vətəndaşların müxalif fikir sahibi olmaq və həmin fikirləri yaymaq hüquqları var. İran İslam Cumhuriyyəti də həmin qanunları qəbul edib və icazə verib ki, İranlılar da digər insanlara tay azad şəkildə öz fikirlərin bəyan etsinlər.

HRANA və Güney Azərbaycan Xəbər Mərkəzi yazırlar ki, Məhsa xanımın vəkili azərbaycanlı Musa Bərzin Xəlifəli idi. Güney Azərbaycan Öyrənci Hərəkatinin sitəsi əlavə edir ki, Məhsa xanım illər boyu xaricdə, Türkiyədə yaşayandan sonra, ailəsini görmək və habelə üniversitədən doktorluq senədlərini (mədrək) almaq üçün qanuni şəkildə, İrana və anadan olduğu Səlmas şəhərinə qayıdır.

Bir neçə gün sonra, sənədlərini götürmək üçün Səlmasdan Urumiyyə şəhərinə səfər edir amma əmisinin evindəykən təhlükəsizlik məmurları tərəfindən nəzarət altına alınır.

O, 16 gün ərzində bir dəfə evlərinə telefon açıb, anasilə danışmaq imkanı tapır və sonra pulla zaminə buraxılır (vəsiqə zəmanəti). Mühakimə keçirilsə də hələ də xanım Mehdili haqqında hökm verilməyib.

XS
SM
MD
LG