Accessibility links

İran Azərbaycanlıları Urmiyə gölünün ətrafında etiraz aksiyası keçirib


Urmiyə gölünün qurumasının nəticəsi
Urmiyə gölünün qurumasının nəticəsi

Aksiya iştirakçıları İranda azərbaycanlıların yaşadığı ərazidə yerləşən Urmiyə gölünün son illərdə İran tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində quruma təhlükəsi ilə bağlı narazılıqlarını bildirib

Bu gün İranda Təbiət günü olaraq qeyd edilən Novruz ayının on üçündə, İran Azərbaycanlıları Urmiyə gölünün sahillərində və gölü birləşdirən körpüdə aksiya keçiriblər. Təbrizin tanınmış Traktor komandasının azərkeşlərinin həftələrdən bəri hazırlaşdığı və Dünya Azərbaycanlıları Konqresi kimi başqa təşkilatların da himayə etdiyi aksiya ilə İran Azərbaycanlıları qurumaqda davam edən Urmiyyə gölünün vəziyyətinə İran hökumətinin və beynəlxalq təşkilatların diqqətini cəlb etmək məqsədi daşıyırdı. İrandan aldığımız son xəbərlərə görə minlərlə azərbaycanlı gölə su tökmək üçün simvolik nümayişdə iştirak məqsədilə yüzlərlə maşınla Urmiyə gölünün şərq və qərb sahillərinə gəliblər. Aksiyanın mərkəzi olaraq bilinən və gölün iki sahilini birləşdirən körpüdə isə nümayişçilərlə İranın təhlükəsizlik qüvvələri arasında toqquşma baş verdiyi və polisin körpünü boşaltdığı bildirilir. Azərbaycan redaksiyasının İrandan aldığı son məlumatlara görə, polislə nümayişçilər arasında baş verən toqquşma nəticəsində azı 18 adam saxlanıb. Körpünün boşaldılmasından sonra isə azərbaycanlıların aksiyalarına gölün sahillərində davam etdikləri bildirilir.

XS
SM
MD
LG