Accessibility links

İranda 6 azərbaycanlı nəzarət altına alınıb


İranda 6 azərbaycanlı nəzarət altına alınıb

İranda 6 azərbaycanlı nəzarət altına alınıb

Saxlanılanlardan Ramin Cəbbarinin qardaşı Həmid Cəbbari Amerikanın səsinə verdiyi müsahibəsində həbs olunanların heç birinə rəsmi ittiham irəli sürülmədiyini bildirib

İrandan daxil olan məlumatlara görə, may ayının 17-dən bəri ölkədə 6 azərbaycanlı nəzarət altına alınıb. İranda azərbaycanlıların yaşadıqları Parsabad şəhərində saxlanılanlar azərbaycanlı mədəni fəallar Ramin Cəbbari, Hafiz Zərdarpur və Nazir Əzimidir. Ramin Cəbbarinin qardaşı Həmid Cəbbari Amerikanın səsinə bildirib ki, Germi şəhərində isə digər 3 nəfər – Məhnas xanım Kərimi, Mustafa Cəmşidi və Mehdi Zeynali nəzarət altına alınsa da, hazırda onlardan xanım Məhnas Kərimi və Mustafa Cəmşidi dünən azadlığa buraxılıb.

Onun sözlərinə görə, dünən Azərbaycan müəllimlərindən Məmməd Fərəcyan da heç bir ittiham irəli sürülmədən İttilaat idarəsinə çağırılıb. Həbs olunanların heç birinə ittiham irəli sürülmədiyini bildirən Həmid Cəbbari qardaşı da daxil olmaqla digərlərinin nəzarət altına alınmasını onların Azərbaycan dilinin təbliği istiqamətində apardığı fəaliyyətlərlə bağlayır. O, polis (əmniyyət) işçilərinin evlərinə zorla daxil olaraq, qardaşına məxsus bütün şəxsi əşyaları (kompyuter, kitablar, jurnallar) müsadirə etdiyini bildirib.

XS
SM
MD
LG