Accessibility links

İran banklarından 3 milyard dollar mənimsənilib


İran banklarından 3 milyard dollar mənimsənilib

İran banklarından 3 milyard dollar mənimsənilib

İranın bir sıra hökumət saytları tutulanlar arasında olan Əmir Mənsur Ariyanın adını çəkir, onun İran Prezidenti Administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayiyə yaxın adamlardan olduğunu vurğulayır.

İranın hökumət bankı “Saderat”dan və daha bir neçə bankdan 3 milyard dolların mənimsənilməsi araşdırılır. “Media forum” saytının məlumatına görə, İranın bank tarixində ən böyük oğruluq haqda açıqlama verən baş prokuror Qulamhüseyn Möhsüni Ejei 19 nəfəri tutduqlarını bildirib. Ejei tutulanların kimliyi haqda açıqlama verməsə də, İranın bir sıra hökumət saytları tutulanlar arasında olan Əmir Mənsur Ariyanın adını çəkir, onun İran Prezidenti Administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayiyə yaxın adamlardan olduğunu vurğulayır.

İsfəndiyar Rəhim Məşayi son aylarda İranın dini lideri ayətullah Əli Xamneyinin tərəfdarı olan saytlarda tez-tez “yolunu azmış cərəyan”a başçılıqda günahlandırılır.

Sentyabrın 18-də bank oğurluğu İran parlamentində qapalı müzakirə olunub. Müzakirələrin nəticəsi haqda hər hansı məlumat yayılmayıb.

Həmin gün jurnalistlərə açıqlama verən ETTELAAT rəhbəri Heydər Moslehi isə “Ariya” şirkətinin rəhbəri Əmir Mənsur Ariyaya məxsus 38 zavodun və digər əmlakın üzərinə həbs qoyulduğunu bildirib: “Bu əmlakın ümumi dəyər və sərmayəsi mənimsənilmiş 3 milyard dollardan çoxdur. Bizim əməkdaşlar hazırda bu əmlaka nəzarət edirlər. Ümid edirəm ki, araşdırmalar tezliklə nəticə verəcək”.

XS
SM
MD
LG