Accessibility links

İran Beynəlxalq Atom Enerjisi Agentliyini köməyə çağırıb


Bir çox ölkə İranın nüvə proqramının nüvə silahı istehsal etmək üçün yaradıldığından şübhələnir

İranın Beynəlxalq Atom Enerji Agentliyindəki səfiri təşkilatı BMT Təhlükəsizlik Şurasının İran əleyhinə tətbiq etdiyi sanksiyalar qarşısında ona kömək etməyə çağırıb. İranın İSNA xəbər agentliyi Əli Əsgər Sultanidən sitat gətirərək bu gün bildirib ki, BMT nüvə agentliyi bilməlidir ki, İran xoş məram və şəffaflıq nümayiş etdirmək üçün əməkdaşlıq edir. İran nüvə proqramına görə BMT-nin dördüncü raund sanksiyalarına məruz qalıb. Bir çox ölkə bu proqramın nüvə silahı istehsal etmək üçün yaradıldığından şübhələnir. Tehran bunu inkar edir. Başqa bir İSNA məlumatnda deyilir ki, İran Atom Enerji Agentliyinin rəhbəri Əli Əkbər Salehi dünən deyib ki, İran özünün nüvə texnologiyasına dair bu yaxınlarda şad xəbər yaymağa hazırlaşır. O, təfsilat verməyib. İran şənbə günü Rusiya yanacağından istifadə edərək özünün ilk nüvə enerji reaktorunun fəaliyyətə başlamağını planlaşdırır. İran bildirib ki, prosesə İAEA müşahidəçiləri tərəfindən nəzarət ediləcək.

XS
SM
MD
LG