Accessibility links

İran BMT-nin hesabatına münasibət bildirib


İran BMT-nin hesabatına münasibət bildirib. Bu ölkənin Beynəlxalq Atom Enerjisi Agentliyindəki təmsilçisi Əli Əsgər Sultaniye uran zənginləşdirilməsinin adi texniki bir məsələ olduğunu və bunun atom ekspertləri tərəfindən tədqiq edildiyini deyib. BAEA dünən açıqladığı hesabatda Fordo nüvə obyektində İranın iddia etdiyi kimi 20 deyil, uranın 27 fazi zənginləşdirildiyini bildirib.

İran uranın 20 faiz zənginləşdirilməsinin yalnız tibbi və elektrik enerjisi mahiyyəti daşıdığını bildirib. Qərbi isə İranın uranı 90 faiz zənginləşdirərək nüvə silahı əldə edəcəyi qayğılandırır.

Bu həftə Bağdadda Iranın nüvə proqramına dair danışıqlar keçirən tərəflər müzakirələrin növbəti raundunun gələn ay Moskvada keçirilməsi barədə razılıq əldə edib. Avropa İttifaqının Xarici Əlaqələr Şöbəsinin rəhbəri Ketrin Aşton deyib ki, fikir ayrılıqlarının mövcudluğuna baxmayaraq, bəzi nailiyyətlər əldə edilib. O, Moskva danışıqlarının iyun ayının 18-i və 19-u baş tutacağını bildirib.

XS
SM
MD
LG