Accessibility links

İran BMT-nin yeni sanksiyalarına cavab verdi


İranın ali təhlükəsizlik agentliyi təşkilatı atdığı addımda düzəlişlər etməyə çağırıb

BMT-nin Tehrana qarşı yeni sanksiyalarını qanunsuz adlandıran İranın ali təhlükəsizlik agentliyi təşkilatı atdığı addımda düzəlişlər etməyə çağırıb. Ali Milli Təhlükəsizlik Şurası Tehranın mübahisəli nüvə proqramı səbəbilə BMT-nin tətbiq etdiyi 4-cü raund sanksiyalara münasibət bildirib. Açıqlanan bəyanatda İrana qarşı ittihamların əsassız olduğu və Tehranın Türkiyə və Braziliya ilə danışıqlarda irəliləyişlər əldə etdiyinin inkar edildiyi deyilir. BMT İrana qarşı yeni sansiyaları keçən həftə qəbul etmişdi.

XS
SM
MD
LG