Accessibility links

İran BMT nüvə agentliyinə məktub göndərib


Məktubda Türkiyə ilə əldə olunmuş razılığa aydınlıq gətirilir

İran BMT-nin nüvə agentliyinə uranını zənginləşdirmək üçün Türkiyəyə göndərməsi barədə razılığı göstərən məktub ünvanlayıb. İranın planlarını açıqlayan məktubda Tehranda tibbi araşdırma reaktorunda istifadə üçün 1200 kiloqram az dərəcədə zənginləşdirilmiş uranın yüksək dərəcədə zənginləşdirilmək üçün Türkiyəyə göndəriləcəyi deyilir. İranın dövlət xəbər agentliyi İRNA məktubun mətnini açıqlayıb. Orada deyilir ki, razılığa görə, az zənginləşdirilmiş uran Türkiyədə olan zaman Tehranın mülkiyyəti olaraq qalacaq. Mətnə əsasən İran və BMT Beynəlxalq Atom Enerji Agentliyi Türkiyəyə uranın mühafizəsi üçün müşahidəçilər göndərə bilər.

XS
SM
MD
LG