Accessibility links

İran BMT-yə şikayət edəcək


İran BMT-yə şikayət edəcək
İran BMT-yə şikayət edəcək

Xarici işlər nazirliyinin bəyanatında rəsmi Tehran şikayətin ABŞ prezidenti Barak Obamanın yeni nüvə strategiyası haqda açıqlamasına cavab olduğunu bildirib.

İran Birləşmiş Millətlər Təşkilatına ABŞ-ın İrana qarşı nüvə hücumu barədə hədəsi kimi yozduğu bəyanatlar barədə şikayət edəcəyini deyib. Xarici işlər nazirliyinin bəyanatında rəsmi Tehran şikayətin ABŞ prezidenti Barak Obamanın yeni nüvə strategiyası haqda açıqlamasına cavab olduğunu bildirib. Cənab Obama atom bomba olmayan dövlətlərə qarşı atom hücumu edilməyəcəyini vəd edib, lakin İran və Şimali Koreyanı bu sıradan istisna edib. Vaşinqton hər iki dövləti atom bombası inkişaf etdirməkdə günahlandırır. İran isə proqramın dinc məqsədlərə xidmət etdiyini söyləyir.

XS
SM
MD
LG