Accessibility links

İran Britaniya ilə ABŞ-ı ölkənin daxili işlərinə müdaxilə etməkdə ittiham edib


İran Britaniya ilə ABŞ-ı ölkənin daxili işlərinə müdaxilə etməkdə ittiham edib

İran Britaniya ilə ABŞ-ı ölkənin daxili işlərinə müdaxilə etməkdə ittiham edib

Britaniya Tehranı həbs olunmuş nümayişçiləri azadlığa buraxmağa çağırdıqdan sonra İran hökuməti Britaniya ilə ABŞ-ı ölkənin daxili işlərinə müdaxilə etməkdə ittiham edib. İranın Xarici İşlər Nazirliyinin sözcüsü Ramin Mehmanparast Britaniya ilə ABŞ rəsmilərinin çıxışlarını İranın daxili məsələlərinə müdaxilə kimi qiymətləndirib. Həftəlik xəbər brifinqində o, regional ölkələrin bu iki qüdrətin müstəmləkəçi siyasətlərinə dözüm göstərməyəcəyini bildirib. Dünən Britaniya xarici işlər naziri Alistair Burt İranı bazar günü saxlanılan və 2009-cu ildə keçirilmiş qərəzli seçkilərdən bəri son iki ildə saxlanılmış dissidentləri azadlığa buraxmağa çağırıb.

XS
SM
MD
LG