Accessibility links

İran Britaniya ilə münasibətləri sərt şəkildə məhdudlaşdırır

  • Amerikanın səsi

İran Britaniya ilə münasibətləri sərt şəkildə məhdudlaşdırır

İran Britaniya ilə münasibətləri sərt şəkildə məhdudlaşdırır

İran parlamenti Britaniya ilə diplomatik və iqtisadi əlaqələrin məhdudlaşdırılması haqda qanun qəbul edib. Tehranın bu addımı Qərbin İrana qarşı sanksiyalarına cavab olaraq atdığı güman edilir.

Qanunvericilərin əksəriyyəti iki həftə ərzində Britaniya səfirinin ölkədən çıxarılmasını nəzərdə tutan qanun layihəsini təsdiq ediblər. Tehrandakı Britaniya səfirliyinə müvəqqəti işlər müvəkkili rəhbərlik edəcək. Britaniya ilə iqtisadi münasibətlər də minimuma endiriləcək.

Qanun son təsdiq üçün İranın Nəzarət Şurasına göndərilib.

Britaniya bu ayın əvvəlində İrana qarşı ABŞ və Kanada ilə koordinasiya edilmiş sanksiyalar elan etmişdi. Bu addım BMT atom enerjisi agentliyinin İranın gizlində atom bombası araşdırmasını elan etməsindən sonra atılmışdı.

XS
SM
MD
LG