Accessibility links

İran bütün sərhəd boyu ordu yığır


İran bütün sərhəd boyu ordu yığır
İran bütün sərhəd boyu ordu yığır

Komandan bildirib ki, İran yeni təhdidlərlə üz-üzə qalıb. Bu təhdidlər növünə, formasına və ölçüsünə görə əvvəlki təhdidlərdən fərqlənir. Elə buna görə də bundan sonra ordu daha çevik xarakter alacaq.

İranın bütün sərhəd zonalarında ordu hissələri yerləşdiriləcək. “Media forum” saytının məlumatına görə, bunu aprelin 12-də jurnalistlərə Quru Qoşunlarının komandanı general Əhmədrza Purdəstan deyib.

Əhmədrza Purdəstan bildirib ki, bəzi qüvvələr bölgədə “İranofobiya siyasəti” yeridir, onu şiddətləndirir: “İran İslam Respublikası yeni təhdidlərlə üz-üzə qalıb. Bu təhdidlər növünə, formasına və ölçüsünə görə əvvəlki təhdidlərdən fərqlənir. Elə buna görə də bundan sonra ordu daha çevik xarakter alacaq, bütün sərhədlərdə ordu hissələri yerləşdiriləcək və bütün sərhəd zonalarında yeni hərbi qərargahlar tikiləcək”.

XS
SM
MD
LG