Accessibility links

İran “dünyanın nüvə klubuna” daxil olacağını bəyan edib

  • Nərminə Cəlalqızı

Fars xəbər agentliyi yüksək səviyyəli rəsmiyə istinadən biidirir ki, belə bir addım İrana edilə biləcək hücumların qarşısını alacaq

İranın Fars xəbər agentliyinin bildridiyinə görə, ölkənin yüksək səviyyəli nüvə rəsmisi İrana edilə biləcək hücumların qarşısını alınması məqsədi ilə Tehranın bir ay içərisində “dünyanın nüvə klubuna” daxil olacağını bəyan edib. Bu gün dərc edilən yazıda Fars xəbər agentliyi İranın Atom Enerjisi Agentliyi başçısının müavininə istinadən yazır ki, “İran nüvə lkubuna üzv olandan sonra heç bir ölkə İrana hücum etməyi ağlına belə gətirməyəcək. ”

Behzad Soltaniyə istinad edən Fars agentliyi İranın nüvə texnologiyasından enerji və yanacaq sektorundan əlavə digər sahələrdə də istifadə edəcəyini yazır. Cənab Soltani bu texnologiyadan məsələn, ərzaq məhsullarının istehsalında da istifadə edilə bilinəcəyini deyib. İran rəsmisi təfərrüata varmayıb.

XS
SM
MD
LG