Accessibility links

İran Əfqanıstan hökumətinə yardım göndərdiyini təsdiq edib


Ramin Mehmanpərəst

Ramin Mehmanpərəst

İran müharibədən sonra ölkənin bərpasına yardım məqsədi ilə illərdir Əfqanıstan hökumətinə yardım göndərdiyini təsdiq edib. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bu gün deyib ki, Tehran qonşu Əfqanıstanda sülh və əmin-amanlığın bərpa olunmasını istəyir və bu ölkəyə yardımı davam etdirəcək. Əfqanıstan prezidenti Həmid Karzay da dünən İranın pulu yardım məqsədi ilə göndərdiyini, bu yardımın gizli olmadığını və Birləşmiş Ştatlar da daxil olmaqla, digər ölkələrdən gələn yardım mənbələrindən biri olduğunu deyib. Cənab Karzay bu açıqlamanı New York Times qəzeti prezident administrasiyasının rəhbəri Ömər Daudzayın Tehrandan “İranın maraqlarını təşviq etmək üçün” pul aldığı barədə yazı dərc etdikdən sonra verib.

XS
SM
MD
LG