Accessibility links

İran Fransa və Britaniyaya neft satışını dayandırdı

  • Amerikanın səsi

İran Fransa və Britaniyaya neft satışını dayandırdı

İran Fransa və Britaniyaya neft satışını dayandırdı

Avropa İttifaqının İran neftinə qoyduğu qadağaya etiraz əlaməti olaraq İslam Respublikası Fransa və Britaniyaya neft satışını qadağan edib.

İranın neft nazirliyi bu gün bəyan edib ki, Fransa və Britaniya şirkətlərinə neft satışı dayandırılıb və hazırda İran yeni müştəri axtarışındadır.

Bu addım iyulun 1-də qüvvəyə minəcək Avropa İttifaqının qadağasından öncə qabaqlayıcı tədbir kimi qiymətləndirilir. Embarqo Qərbin Tehranın mübahisəli nüvə proqramına son qoymaq üçün götürdüyü ölçülər sırasındadır. İran nüvə proqramının dinc mahiyyət daşıdığını israr edir.

27 üzvlük Avropa İttifaqı İran neftinin 18 faizini idxal edir. Xam neftin yerdə qalan hissəsi əsasən Çinə və Hindistana satılır.

Bu gün ABŞ milli təhlükəsizlik müşaviri Tom Donilanın İsrail baş naziri Benyamin Netanyahu ilə görüşüb. Görüş İsrailin İrana hərbi zərbələr endirməyə hazırlaşdığına dair xəbərlərin dolaşdığı ərəfəyə təsadüf edir.

Görüşün ardınca CNN-ə müsahibə verən cənab Donilan deyib ki, İsrailin İrana hücumu "müdrik" olmazdı və bu addım dünya düzəninin sabitliyini pozardı.

XS
SM
MD
LG