Accessibility links

İran hökuməti Suriyadakı zorakılıqlarda əli olduğuna dair iddiaları rədd edib


İran hökuməti Suriyadakı zorakılıqlarda əli olduğuna dair iddiaları rədd edib
İran hökuməti Suriyadakı zorakılıqlarda əli olduğuna dair iddiaları rədd edib

İran hökuməti Suriyanın siyasi müxalifətinə qarşı zorakılıqlarda əli olduğuna dair iddiaları rədd edib. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyib ki, İran hökuməti xalqına qarşı repressiyalarda Suriyaya yardım etməyib. Nazirliyin sözçüsü digər hökumətlərini də Suriyanın siyasi böhranına müdaxilə etməməyə çağırıb.

İranın Suriya hökumətinə yardım etdiyini deyənlər arasında hazırda sügündə olan sabiq İran prezidenti Əbolhəsən Bani Sədr də var. Onun dediyinə görə, İran hər mümkün yoldan istifadə edərək, Surya hökumətinə dəstək verir. Bani Sədr deyib ki, İranın İnqilab Qvardiyasının 3000, Hizbullahın isə 2200 döyüşçüsü Suriya hökuməti ilə iş birliyindədir.

Türkiyənin hakim Ədalət və İnkişaf partiyası-AKP Tehranla presidentsiz siyasi və iqtisadi əlaqələrə malikdir. Ötən həftə Tükiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan bir saata qədər İran prezidenti Mahmud Əhmədinejadla Suriyadakı vəziyyətlə bağlı danışıqlar keçirib.

XS
SM
MD
LG