Accessibility links

İran hökumətinin kursu dəyişməyincə təzyiqlər və sanksiyalar davam etdiriləcək

  • Amerikanın səsi

İran hökumətinin kursu dəyişməyincə təzyiqlər və sanksiyalar davam etdiriləcək

İran hökumətinin kursu dəyişməyincə təzyiqlər və sanksiyalar davam etdiriləcək

BMT-in Təhlükəsizlik Şurasının 1929 saylı qətnaməsi İranın energetika sektorunun gəlirləri ilə nüvə silahlarının maliyyələşdirilməsi arasında bağlılıq olduğunu təsdiq edib. Məhz bu bağlılığa görə ABŞ prezidenti Barak Obama dekabr ayının 31-də İranın Mərkəzi Bankı və neft gəlirləri sahəsini hədəf alan yeni sanksiyalar barədə qanuna imza atıb. İranın Mərkəzi Bankı və ya Amerikanın İran bankları kimi tanıdığı banklarla müəyyən əməliyyatlara malik olan xarici maliyyə təsisatları ABŞ-ın maliyyə sistemindən kənarlaşdırılır. Buraya İran neftinin alqısı da daxildir. Avropa İttifaqı da İran nefti və neft məhsullarının idxalına qadağa tətbiq edib.

Bu təzyiqlərin məqsədi İranı Beynəlxalq Atom Enerjisi Agentliyinin qətnamələri və beynəlxalq nüvə öhdəliklərinə əməl etməsi məqsədi daşıyır. İran rəsmiləri sanksiyaların iqtisadiyyata mənfi təsirini etiraf edib. Digər tərəfdən hökumətlərinin siyasətinə görə xalq narazıdır.

ABŞ və beynəlxalq ictimaiyyət İranın dinc mahiyyətli nüvə enerjisinə malik olması ilə razıdır. Lakin bu, beynəlxalq nüvə öhdəlikləri çərçivəsində həyata keçirilməlidir.

Amerikanın İran xalqına dəstək verməsinə baxmayaraq, İran rejiminin bu öhdəliklərə əməl etməkdən boyun qaçırması regional və qlobal təhlükəsizliyə hədə törədir.

Amerika və onun tərəfdaşları İranı nüvə silahları əldə etməkdən çəkindərəcək. İran hökumətinin kursu dəyişməyincə təzyiqlər və sanksiyalar davam etdiriləcək.

XS
SM
MD
LG