Accessibility links

İran hərbçiləri kürd üsyançılarını təqib etmək üçün İraq sərhədini keçmişlər


İran hərbçiləri kürd üsyançılarını təqib etmək üçün İraq sərhədini keçmişlər
İran hərbçiləri kürd üsyançılarını təqib etmək üçün İraq sərhədini keçmişlər

Bu addım İran qüvvələri ilə Kürdüstanın Azad Həyat partyasının üzvləri arasında baş verən qarşıdurmadan sonra atılıb

İraqın Kürdüstan muxtar regionunun yüksək səviyyəli rəsmisi Cabbar Yavər İran hərbçilərinin kürd üsyançılarını təqib etmək üçün İraq sərhədini keçdiyini bildirmişdir. O, 30-dan çox əsgərin cümə axşamı sərhədi keçdiyini və bu gün İraqın şimal bölgəsində olduqlarını deyib. Rəsminin dediyinə görə, belə bir addım bu yaxınlarda İranın təhlükəsizlik qüvvələri ilə Kürdüstanın Azad Həyat partyasının üzvləri arasında baş verən qarşıdurmadan sonra atılıb. İran İraqın şimal bölgəsində qərargahlanan Kürdüstanın Azad Həyat partiyasının İran sərhədlərinə hücum etməkdə ittihame dir. İran və Birləşmiş Ştatlar PJAK adı ilə tanınan qrupu terror təşkiları hesab edir.

XS
SM
MD
LG