Accessibility links

İran hərbi texnalogiyasını nümayiş etdirir


İran dövlət televiziyası bu gün Fateh-110 raketlərinin uğurla sınaqdan keçirildiyini elan edib

İran yeni inşa edilmiş orta mənzilli raketlərin istehsalına başlamaqla daha bir hərbi texnalogiyasını nümayiş etdirib. İran dövlət televiziyası bu gün Fateh-110 raketlərinin uğurla sınaqdan keçirildiyini elan edib. Raketin doqquz metr uzunluğa və 3500 kiloqram çəkiyə malik olduğu deyilir. İran son həftələr Qiam-1 adlı raket də daxil olmaqla, bir sıra silahların istehsalını nümayiş etdirir. Ölkə eyni zamanda bomba daşıyan iki növ sürətli raket gəmisi və uzun məsafəli pilotsuz qırıcı təyyarə istehsal etməyə başladaığını bildirib. Hərbi texnalogiyanın nümayişi İrana qarşı nüvə proqramına görə təzyiqlərin artıdığı vaxt baş verir. Beynəlxalq ictimayət İranın nüvə silahı inkişaf etdirməyə çalışdığına inanır. Tehran atom fəaliyyətinin sülhməramlı məqsədlər üçün nəzərdə tutulduğunu bildirir.

XS
SM
MD
LG