Accessibility links

İran hərbi təlimlərə başlayır


İran hərbi təlimlərə başlayır
İran hərbi təlimlərə başlayır

İranın İnqilab Keşikçiləri yeni hərbi təlimlərə başlayır. Bu raket təlimlərinə İsrail və ABŞ-ın regiondakı bazalarına çata bilən silahların sınağı da daxildir.

İranın dövlət mediası bu gün bəyan edib ki, təlimlər düşmən hücumlarına qarşı hazırlıq məqsədi daşıyır.

ABŞ və İsrail İranın raketlər üçün nüvə başlıqları hazırlamağı planlaşdırdığını iddia edir. İran isə nüvə silahı barədə ittihamları rədd edərək bildirir ki, bunlar adi raketlərdir və ölkəni qorumaq üçün hazırlanıb.

İran mediası briqada generalı Əmir-Əli Hacızadəyə istinadən bildirir ki, hərbi oyunlar zamanı qısa, orta və uzun mənzilli raketlər sınaqdan keçiriləcək. O deyib ki, İran körfəzində hər il hərbi təlimlər keçirilir.

İran rəsmilərinin bildirdiyinə görə ki, ölkə öz raket proqramını təkmilləşdirməyi planlaşdırır. Bu ilin əvvəli İranın Müdafiə Nazirliyi ölkənin hərbi dəniz donanmasını yeni sahil raket sistemi ilə təmin edib.

XS
SM
MD
LG