Accessibility links

İran şirkətləri Cənubi Pars yatağının inkişafı üçün müqavilə imzalayıb


21 milyard dollarlıq müqavilə Cənubi Parsı dünyanın ən böyük təbii qaz yatağı edə bilər

İranın dövlət mediasının məlumatına görə, ölkənin 4 neft şirkəti dünyada ən böyük təbii qaz yatağı olacağı ehtimal edilən Cənubi Pars yatağını inkişaf etdirmək üçün 21 milyard dollarlıq müqavilə imzalayıb. Prezident Mahmud Əhmədinejad bildirib ki, imzalanmış müqavilələr İranın neft sektorunda yeni səhifə açır. Cənab Əhmədinejad deyib ki, təbii qaz yatağının maliyyəsi İran investisiyalarından qaynaqlanacaq. İran neft ixrac edən ölkələrin təşkilatı – OPEK-də xam neft istehsal edən ikinci ən böyük ölkədir və dünyanın ən böyük təbii qaz ehtiyatlarına malikdir. İranın neft naziri Məsud Mir-Kazemi deyib ki, İranın enerji sektorunu inkişaf etdirmək üçün 200 milyard dollar məbləğində vəsaitə ehtiyacı var. Lakin o, bu məqsədə nail olmaq qarşısında çətinliklərin ola biləcəyini deyib.

XS
SM
MD
LG