Accessibility links

ABŞ-la İran arasında mümkün müharibənin təhlili (video)

  • Amerikanın səsi

ABŞ-la İran arasında mümkün müharibənin təhlili (video)

ABŞ-la İran arasında mümkün müharibənin təhlili (video)

ABŞ hərbi qüvvələrinin İran Körfəzində İrandan gələn hər bir təhlükənin qarşısını almaq üçün hazırlıq gördüyünü bildirib.

Yüksək rütbəli İran rəsmiləri Körfəzdə Hörmüz boğazını bağlayacaqlarını deyib. Bu baş versə, dünyada neft daşınma prosesi dayana bilər.

ABŞ hərbi dəniz donanması dənizdə əmrə hazır vəziyyətdə gözləyir. Bəhreyndə 5-ci dəniz donanması ABŞ-ın regionda daimi yerləşdirdiyi monolit hərbi dəniz donanmalardan biridir. Bu hərbi qüvvələr İranla gərginlik hərbi müstəviyə keçdiyi təqdirdə hücuma cavab vermək üçün hazırdır.

ABŞ-la İran arasında mümkün müharibənin təhlili (video)

ABŞ-la İran arasında mümkün müharibənin təhlili (video)

İran bu ay keçirdiyi təlimlərlə Tehranın hərbi gücünü nümayiş etdirmək istəyir. Lakin analitiklər fikrincə illərlə davam edən beynəlxalq sanksiyalardan sonra İran müharibə olduğu təqdirdə köhnəlmiş avandanlığı ilə çətinlik çəkə bilər.

Müdafiə məsələləri üzrə analitik Antoni Kordsmen: “Bu silahların əksəriyyəti Şah dövründən qalmadır. Digərləri isə Çin və Rusiyadan olan nisbətən aşağı keyfiyyətli sursatlardır. İranın demək olar ki, müasir yer-hava tipli raketləri yoxdur. Faktiki olaraq İranın əsas döyüş gəmiləri Şah dövrünə məxsusdur və üzərilərində çox az yenilənmə işləri aparılıb.”

ABŞ-la İran arasında mümkün müharibənin təhlili (video)

ABŞ-la İran arasında mümkün müharibənin təhlili (video)

Hətta bu vəziyyətdə olması belə İranı Hörmüz Boğazını bağlamaq kimi təhdidlərdən çəkindirmədi. İran eyni zamanda ABŞ-ın USS John Stennis adlı hərbi təyyarədaşıyan gəmisinin İran Körfəzinə qayıtmamasına dair xəbərdarlıq verib. ABŞ rəsmiləri bildirib ki, problemin diplomatik həlli hələ mümkündür. Lakin İranın regionu blokadada saxlamasına da imkan verilməyəcək.

ABŞ müdafiə naziri Leon Panetta: “Biz İranın Hörmüz Boğazını blokadada saxlamasına imkan verə bilmərik.”

ABŞ eyni zamanda İrana İsrail tərəfindən hücuma səbəb ola biləcək nüvə silahlarının inşa etməməsinə dair xəbərdarlıq edir.

Güclü və müasir hərbi avadanlığa malik olmayan İran, analitiklərin sözləri ilə desək, asimmetrik müharibə ilə üzləşə bilər. Kiçik gəmilər, mina və raket qurğuları ilə İran kiçik miqyaslı, ABŞ qüvvələrini vurub qaçmaq kimi hücumlar həyata keçirə bilər.

ABŞ-la İran arasında mümkün müharibənin təhlili (video)

ABŞ-la İran arasında mümkün müharibənin təhlili (video)

Analitiklərin sözlərinə görə, İran ABŞ və ya İsraillə irimiqyaslı müharibəyə başlaması, İranın hərbi qüvvələrinin bir neçə gün ərzində məhvinə səbəb ola bilər.

Müdafiə üzrə analitik Bryus Ridelin sözlərinə görə ABŞ və ya İsraillə İran arasında hərbi gücü müqayisə etsək görərik ki, ABŞ və İsrail İrandan olduqca güclüdür.

ABŞ və onun müttəfiqləri ilə irimiqyaslı qarşıdurmaya getməmək üçün İranın kifayət qədər səbəbi olmalıdır. Lakin müharibə baş versə Amerika hazırdır.

XS
SM
MD
LG