Accessibility links

İran qanadlı raket istehsal etdiyini deyir

  • Amerikanın səsi

İran qanadlı raket istehsal etdiyini deyir

İran qanadlı raket istehsal etdiyini deyir

İran qanadlı raketlər də daxil olmaqla yeni silah və hərbi ləvazimatlara malik olduğunu açıqlayıb. Deyilənə görə qanadlı rakterlər 200 kilometr məsafədəki hədəfləri vura bilir.

Prezident Mahmud Əhmədinejad qanadlı raketinin istehsalı barədə çərşənbə günü açıqlama verib. Dövlətə məxsus media habelə 220 kiloqram çəkidə partlayıcı başlıq daşıyan yeni torpedo haqda məlumat yayıb.

Qanadlı raket “Qadir” adlanır. Onun düşmən gəmilərin və sahil hədəflərinə qarşı xeyli dağıdıcı qüvvəyə malik olduğu bildirilir.

İran müntəzəm olaraq hərbi texnologiyada son nailiyyətlər əldə etdiyini açıqlayır. İyulda Tehran 1900 kilometr məsafəni qət edə biləcək iki raketi sınaqdan keçirmişdi.

XS
SM
MD
LG