Accessibility links

İran lideri Qərblə danışıqların mümkünlüyündən söz açıb


Cənab Əhmədinejad bu bəyanatı Şəhr-e kord şəhərindən telelviziya ilə xalqa müraciətində verib

İran prezidenti Mahmud Əhmədinejad deyir ki, müəyyən şərtlər daxilində onun ölkəsi nüvə proqramını Qərb dövlətləri ilə müzakirə etməyə hazırdır. Cənab Əhmədinejad bu bəyanatı Şəhr-e kord şəhərindən telelviziya ilə xalqa müraciətində verib. O, İranın şərtləri tezliklə açıqlayacağını bildirib və ölkəsinə qarşı sanskiyalara səs vermiş dünya qüdrətlərini tənqid etmişdir. Ötən həftə BMT Təhlükəsizlik Şurası irana qarşı dördüncü raun sanksiylar tətbiq etmək haqda qərar çıxardı. Bu həftə isə Avropa İttifaqının nazirləri gələn aydan başlayaraq İrana qarşı ittfaqın özünün sanksiyalar tətbiq edəcəyinə eyham vurublar.

XS
SM
MD
LG