Accessibility links

İran məhkəməsi ABŞ vətəndaşını ölümə məhkum edib


İran məhkəməsi ABŞ vətəndaşını ölümə məhkum edib
İran məhkəməsi ABŞ vətəndaşını ölümə məhkum edib

Ağ Ev İranda ölümə məhkum edilən şəxsin Amerikaya casusluq etdiyini rədd edib. Ağ Evin sözçüsü Tommi Voter bildirib ki, hökm barədə məlumat doğrudur və Obama administrasiyası Əmir Mirzə Hikmətiyə qarşı bu hökmü ciddi şəkildə qınayır.

İran məhkəməsi Birləşmiş Ştatlar Mərkəzi Kəşfiyyat Agentliyinin casusu olduğu deyilən amerikalını ölümə məhkum edib. İranın yarı-rəsmi Fars xəbər agentliyinin bugünkü məlumatında Əmir Mirzəyi Hikmətinin ölüm hökmünün Mərkəzi Kəşfiyyat Agentliyinin casusu olduğu və düşmən dövlətlə əməkdaşlıq etdiyi səbəbindən çıxarıldığı deyilir.

ABŞ Dövlət Departamenti casusluq ittihamının yalan olduğunu və İranın xarici vətəndaşlara qarşı yalandan siyasi ittihamlar irəli sürərək həbs etdiyini deyərək, həmin şəxsin azad edilməsini tələb etmişdi.

Dekabr ayında İranın dövlət televiziyası ilə Birləşmiş Ştatların Arizona ştatında anadan olmuş və valideynləri iranlı olan Hikməti adlı şəxsi nümayiş etdirilmişdi.

XS
SM
MD
LG