Accessibility links

İran Misirlə əlaqələrin bərpasını alqışlayıb

  • Amerikanın səsi

İran Misirlə əlaqələrin bərpasını alqışlayıb

İran Misirlə əlaqələrin bərpasını alqışlayıb

İran Misirlə əlaqələrin bərpası haqda təklifi razılıqla qarşılayıb. İranın xarici işlər naziri Əli Əkbər Salehi İranla Misir arasında münasibətlərin vaxtaşırı dəyişməsinə baxmayaraq, ölkələr arasında tarixi əlaqələrin möhkəm olduğunu deyib və iki ölkə arasında münasibətlərin genişlənməsinin şahidi olmaq istədiyini bildirib. Cənab Salehi bu açıqlamanı misirli həmkarı, yeni xarici işlər naziri Nabil əl-Ərəbi ilə görüşündən sonra təşkil edilən mətbuat konfransında verib. İranın xarici işlər naziri müxbirlərə deyib ki, Misir İran da daxil edilməklə, bütün ölkələrlə münasibətlərində yeni səhifə açır.

XS
SM
MD
LG