Accessibility links

İranla müzakirələrin növbəti raundu Moskvada keçiriləcək


Bağdadda Iranın nüvə proqramına dair danışıqlar keçirən tərəflər müzakirələrin növbəti raundunun gələn ay Moskvada keçirilməsi barədə razılıq əldə edib. Avropa İttifaqının Xarici Əlaqələr Şöbəsinin rəhbəri Ketrin Aşton deyib ki, fikir ayrılıqlarının mövcudluğuna baxmayaraq, bəzi nailiyyətlər əldə edilib. O, Moskva danışıqlarının iyun ayının 18-i və 19-u baş tutacağını bildirib.

Bağdad görüşünün ikinci günü tərəflər nüvə proqramının hərbi aspektləri ilə bağlı beynəlxalq narahatlıqları müzakirə edib.

İran uranın 20 faiz zənginləşdirilməsinin yalnız tibbi və elektrik enerjisi mahiyyəti daşıdığını bildirib. Qərbi isə İranın uranı 90 fazi zənginləşdirərək nüvə silahı əldə edəcəyi qayğılandırır.

Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniyanın irəli sürdüyü şərtlər İran tərəfindən kəskin tənqid edilərə, tələbləri qarşılığında çox az imtiyaz vəd edildiyi deyilir.

Qərb ölkələri Irana sanksiyaların yüngülləşdiriləcəyinə söz verir.

İran rəsmilərinə istinadən bildirilir ki, gələcək müzakirələrə zəmin yaradılmayıb.

XS
SM
MD
LG