Accessibility links

İran müxalifəti hökumətə qarşı mübarizəni davam etdirəcəyini deyib


İran müxalifəti hökumətə qarşı mübarizəni davam etdirəcəyini deyib
İran müxalifəti hökumətə qarşı mübarizəni davam etdirəcəyini deyib

Müxalifət liderləri prezident seçkilərinin ildönümü günü aksiyaları təxirə saldılar

İranın müxalifət lideri Mir Hüseyn Musəvi bu gün İranda mübahisəli prezident seçkilərinin ildönümü günü deyib ki, hərəkat hökumətə qarşı mübarizəni davam etdirəcək. Müxalifət qrupları əvvəlcə ildönümünün qeyd edildiyi gün etiraz yürüşləri keçirməyi planlaşdırırdılar, lakin cənab Müsəvi digər müxalifət lideri Mehdi Kərrubi bu həftənin əvvəli polisin aksiyaları dağıdacağı barədə xəbərdarlığından sonra nümayişləri təxirə saldı.

2009-cu ildə müxalifət fəalları Mahmud Əhmədinejadın saxtakarlıq yolu ilə ikinci dönəm prezident seçildiyini deyərək küçələrə çıxdılar. İran hökuməti isə bu ittihamları rədd etdi və nümayışləri dağıdaraq, minlərlə insanı həbs etdi.

XS
SM
MD
LG