Accessibility links

İran Neda Ağa-Soltan haqda sənədli filmin nümayişinə mane olmaq istəyib


Neda Afa Soltan

Neda Afa Soltan

İranın müxtəlif bölgələrindən tamaşaçılar film nümayiş etdirilən zaman elektrikin kəsildiyini bildirmişlər

Amerikanın Səsinin fars şöbəsi İranın keçən il prezident seçkilərinə etiraz aksiyaları zamanı qətlə yetirilən qadın haqda sənədli filmin nümayişinə mane olmaq istədiyini bildirib. PNN-in dediyinə görə, İran tamaşaçıları çərşənbə günü Neda Ağa-Soltan haqda sənədli film nümayiş etdirilərkən arada maneələr yaradan siqnalların olduğu barədə şikayət etmişlər. İranın digər bölgələrindən də tamaşaçılar Amerikanın Səsinə film nümayiş etdirilən zaman elektrikin kəsildiyini bildirmişlər. Bütün bunlara baxmayaraq, İnternetdə yerləşdirilən sənədli filmə artıq on min dəfə baxılıb.

XS
SM
MD
LG