Accessibility links

İran nüvə agentliyinin hesabatını ədalətsiz hesab edir


İran nüvə agentliyinin hesabatını ədalətsiz hesab edir
İran nüvə agentliyinin hesabatını ədalətsiz hesab edir

İranın nüvə məsələləri üzrə təmsilçisi Əli Əkbər Salehi Beynəlxalq Atom Enerjisi Agentlyinin ölkəsinin mübahisəli nüvə proqramı barədə açıqladığı axırıncı hesabatını ədalətsiz adlandırıb. O, bu açıqlamanı agentliyin Vyanada keçirdiyi toplantısında verib. Ötən ay açıqlanan hesabatda qeyd edilib ki, İrana qarşı beynəlxalq sanksiyaların qəbul olmasına baxmayaraq , o, uran zənginləşdirməsini davam etdirir. Hesabatda İran hökuməti agentlyin iki müfəttişini ölkədən çıxardığına görə tənqid edilir. İran bildirib ki, bu iki müfəttiş onun nüvə proqramı barədə saxta hesabat verib. Birləşmiş Ştatlar və onun müttəfiqləri İranın nüvə silahları proqramı üzərində çalışdığını bildirirlər, İran isə bu ittihamı rədd edir.

XS
SM
MD
LG