Accessibility links

İranda insan hüquqlarına nəzarət üçün reportyor təyin edilməsini İran siyasi addım hesab edir


İranda insan hüquqlarına nəzarət üçün reportyor təyin edilməsini İran siyasi addım hesab edir

İranda insan hüquqlarına nəzarət üçün reportyor təyin edilməsini İran siyasi addım hesab edir

İran BMT İnsan Hüquqları Şurasının bu addımının qərbdə insan hüquqlarının pozulmasından diqqəti yayındırmaq üçün atıldığını deyib

İran BMT-nin insan haqları şurasının ölkədə insan hüquqlarının pozulması hallarına nəzarət üçün reportyor təyin etməsini siyasi addım kimi qiymətləndirib. İranın xarici işlər nazirliyinin sözçüsü bu gün deyib ki, qərar qeyri-qanuni və əsassız olmaqla yanaşı tam siyasi xarakter daşıyır. O bu addımın qərbdə, xüsusilə də Amerika Birləşmiş Ştatlarında insan hüquqlarının pozulmasından diqqəti yayındırmaq üçün atıldığını bildirib. ABŞ isə qərarı alqışlayıb

Xatırladak ki, bir sıra ölkələr və İranın etnik qrupları şuradan belə bir reportyorun təyin olunmasını tələb edirdilər.

BMT-nin İnsan Hüquqları Şurası dünən 22 lehinə, yeddi əleyhinə və 14 bitərəf səslə İran üzrə xüsusi nümayəndənin təyin edilməsinə dair qətnaməni təsdiqləyib. BMT-nin 47 üzvündən dördü səsvermədə iştirak etməyib.

XS
SM
MD
LG