Accessibility links

İran parlamenti prezidentin məhkəmə qarşısına çıxarılmasına səs verdi


İran parlamenti prezidentin məhkəmə qarşısına çıxarılmasına səs verdi

İran parlamenti prezidentin məhkəmə qarşısına çıxarılmasına səs verdi

İran parlamenti bildirir ki, prezident Mahmud Əhmədinejad özünü neft nazirinin əvəzedicisi təyin edərkən qanunsuz addım atıb və assambleya onun məhkəmə qarşısına çıxarılmasına səs verib.

İran mediasının məlumatına görə, qanunvericilər böyük səs çoxluğu ilə prezidentin əməlinin ədliyyə mühakiməsinə çıxarılmasını təsdiq edib.

Ölkənin konstitusiyaya nəzarət edən qurumu artıq cənab Əhmədinejadın neft nazirliyinə rəhbərliyi ələ keçirməsini qanunsuz hesab edən qərar çıxarıb.

Nəzarət Şurası bu qərarı may ayının sonunda çıxarmışdı. Bu addım prezidentin bəzi nazirlikləri ixtisara salmasından, prosesin bir hissəsi kimi neft naziri Məsud Mirkazeminin səlahiyyətlərini əlindən almasından sonra atılmışdı.

XS
SM
MD
LG