Accessibility links

İran parlamentinin sədri prezidentə qarşı çıxıb


İran parlamentinin sədri prezidentə qarşı çıxıb

İran parlamentinin sədri prezidentə qarşı çıxıb

Mayın 8-də Nazirlər Kabinetinin Əhmədinejadın başçılığı ilə keçirilən iclasında bir neçə nazirliyin birləşdirilməsi, nazirliklərin sayının 21-dən 17-yə qədər azaldılması barədə qərar qəbul edilib. Qərara görə, Sənaye Nazirliyi Ticarət, Neft Nazirliyi Energetika, Rifah və Sosial Təminat Nazirliyi Əmək, Məskən və Şəhərsalma Nazirliyi isə Nəqliyyat nazirlikləri ilə birləşdirilir.

İran parlamentinin sədri Əli Laricani ölkə prezidenti Mahmud Əhmədinejadın bir neçə nazirliyin birləşdirilməsinə dair qərarını qanunsuzluq adlandırıb.

Mayın 8-də Nazirlər Kabinetinin Əhmədinejadın başçılığı ilə keçirilən iclasında bir neçə nazirliyin birləşdirilməsi, nazirliklərin sayının 21-dən 17-yə qədər azaldılması barədə qərar qəbul edilib. Qərara görə, Sənaye Nazirliyi Ticarət, Neft Nazirliyi Energetika, Rifah və Sosial Təminat Nazirliyi Əmək, Məskən və Şəhərsalma Nazirliyi isə Nəqliyyat nazirlikləri ilə birləşdirilir.

“Media forum” saytının məlumatına görə, mayın 9-da jurnalistlərə açıqlamasında Əli Laricani deyib ki, qanuna görə, hökumət nazirliklərin birləşdirilməsi haqda əvvəlcə layihə qəbul etməli, sonra isə yeni nazirlərin fəaliyyətə başlaması üçün parlamentdən razılıq almalı, qanunverici orqanda etimad səsi qazanmalıdır: “Parlamentin etimad səsini qazanmadan nazirliklərin birləşdirilməsinə dair layihənin icrasına başlamaq tamamilə qanuna ziddir və bu hərəkət çoxlu ictimai fəsada gətirib çıxara bilər”.

XS
SM
MD
LG