Accessibility links

İran polisinin virtual aləm üzrə rəsmisi Sirus Dalvənd sosial şəbəkələrdə ölkə rəsmilərini təhqir edənlərə qarşı ciddi tədbir görəcəklərini bildirib.

Jurnalistlərə açıqlama verən İran polisinin virtual aləm üzrə rəsmisi Sirus Dalvənd sosial şəbəkələrdə ölkə rəsmilərini təhqir edənlərə qarşı ciddi tədbir görəcəklərini bildirib.

“Media forum” saytının məlumatına görə, Sirus Dalvənd deyib ki, polis əməkdaşları geniş axtarışdan sonra “Facebook”da İran prezidenti Mahmud Əhmədinejadı və digər rəsmiləri təhqir edən bir nəfəri tutub. “Tutulan şəxs Tehranın məşhur dövlət universitetlərindən birinin tələbəsidir. Bizim mütəxəssislər virtual aləmdə, eləcə də sosial şəbəkələrdə gedən bütün fəaliyyətləri nəzarətdə saxlayır və bundan sonra “Facebook”da, digər sosial şəbəkələrdə ölkə rəsmilərini təhqir edənlərlə daha qətiyyətli davranacaq, onlara qarşı ciddi tədbir görəcəyik”.

XS
SM
MD
LG