Accessibility links

Prezident Əhmədinejat rəsmi səfəri başa çatdıqdan sonra Xəzəryanı dövlət başçılarının sammitinə qatılacaq

Sabah İran prezidenti Mahmud Əhmədinejatın Azərbaycana rəsmi səfəri başlayır. Səfər çərçivəsində iki ölkə başçılarının görüşü olacaq.

İran tərəfinin məlumatına görə, prezidentlərin görüşünün nəticəsi olaraq rəsmi sənədlərin imzalanması gözlənilir.

Bununla yanaşı, hansı sənədlərin imzalanacağı və İran prezidentin digər görüşləri ilə bağlı mediaya məlumat verilməyib.

İran prezidenti rəsmi səfərindən sonra noyabrın 18-də Bakıda keçiriləcək Xəzəryanı dövlət başçılarının sammitində iştirak edəcək.

XS
SM
MD
LG