Accessibility links

İran prezidenti Azərbaycanda rəsmi səfərdədir


İran prezidenti Azərbaycanda rəsmi səfərdədir

İran prezidenti Azərbaycanda rəsmi səfərdədir

İran prezidenti Mahmud Əhmədinejat prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə danışıqlar aparacaq, İran diasporasının nümayəndələri ilə görüşəcək

Bu gün səhər saatlarında İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycana rəsmi səfəri başlayıb. O prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə danışıqlar aparacaq, İran diasporasının nümayəndələri ilə görüşəcək.
İran prezidenti Mahmud Əhmədinecat səfər öncəsi Azərbaycanın Lider televiziyasına müsahibəsində bildirib ki, İranla Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələr sürətlə inkişaf edir.

O Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, ədalət və qarşılıqlı hörmət şəraitində həllinə tərəfdardır. “Regiondakı münaqişələr hamıya zərər verir. Bu, hər iki tərəf üçün sərvət, vaxt itkisi, əsəb gərginliyi yaranması deməkdir və inkişafın qarşısını alır. İran dəfələrlə bildirib və bir daha bəyan edir ki, münaqişənin həllinə yardım etməyə hazırdır”, - deyə o qeyd edib.
Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, Azərbaycan və İran prezidentlərinin təkbətək və geniş tərkibli görüşlərində ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Prezidentlər ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirib.

Görüşlərdə ikitərəfli və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Danışıqların nəticəsi olaraq Azərbaycan Hökuməti və İran Hökuməti arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

XS
SM
MD
LG