Accessibility links

İran prezidenti Latın Amerikasına səfərə çıxıb


İran prezidenti Latın Amerikasına səfərə çıxıb
İran prezidenti Latın Amerikasına səfərə çıxıb

Qərbin İranın mübahisəli nüvə proqramına qarşı təzyiqlərini artırdığı bir vaxt İran prezidenti Mahmud Əhmədinejad Venesuelaya səfər edir. İran lideri bazar ertəsi Venesuela prezidenti Hüqo Çaveslə Karakasda görüşüb.

İran prezidentinin Venesuelaya səfəri Latın Amerikasının dörd ölkəsinə edəcəyi səfərinin ilk dayanacağıdır. Bundan sonra Mahmud Əhmədinejadın prezident Daniel Orteqanın inaqurasiyasında iştirak etmək üçün Nikaraquaya, bundan sonra isə Kuba və Ekvadora səfər edəcəyi deyilir.

Birləşmiş Ştatların narazılığına baxmayaraq, İran prezidenti əsasən də Venesuela prezidenti olmaqla, solçu-populist və anti-Amerika təmayüllü Latın Amerikası ölkələrinin prezidentləri ilə son illərdə sıx əlaqələr qurmağa başlayıb. Keçən həftə Birləşmiş Ştatlar rəsmiləri Latın Amerikası dövlətlərini İranla təmaslarını azaltmağa çağırmışdı.

XS
SM
MD
LG