Accessibility links

İran prezidenti Latın Amerikası ölkələrinə səfərə çıxıb

  • Amerikanın səsi

İran prezidenti Latın Amerikası ölkələrinə səfərə çıxıb

İran prezidenti Latın Amerikası ölkələrinə səfərə çıxıb

İran prezidenti Mahmud Əhmedinecad bu gün Latın Amerikası ölkələrinə beş günlük səfərə çıxıb. ABŞ rəsmiləri bunu ziddiyyətli nüvə proqramına görə çoxsaylı sanksiyalarla üzləşən ölkənin əlacsızlığı kimi qiymətləndirib.

Cənab Əhmədinecad səfərinin əvvəlində Venesuela, sonra Nikaraqua, Kuba və Ekvadorda görüşlər keçirəcək. İranın dövlət xəbər agentliyi prezidentin adı sadalanan ölkələrin liderlərinin inqilab ruhlu olduqlarını dəyərləndirdiyini bildirib. Cümə günü ABŞ rəsmiləri Latın Amerikası ölkələrini İranla münasibətləri dərinləşdirməməyə çağırıb. ABŞ Dövlət Departamentinin sözcüsü Viktoriya Nuland İran hökumətini əlacsız vəziyyətdə özünə dost və müttəfiq axtarmaqda ittiham edib.

XS
SM
MD
LG