Accessibility links

İran prezidenti Rusiya və ABŞ-ı yanacaq mübadiləsi ilə bağlı razılığı qəbul etməyə çağırıb


İran prezidenti Rusiya və ABŞ-ı yanacaq mübadiləsi ilə bağlı razılığı qəbul etməyə çağırıb
İran prezidenti Rusiya və ABŞ-ı yanacaq mübadiləsi ilə bağlı razılığı qəbul etməyə çağırıb

Cənab Əhmədinejad belə bir mübadilənin ABŞ prezidenti Barak Obama üçün əlverişli imkan olduğunu deyib

İran prezidenti Mahmud Əhmədinejad Rusiya və Birləşmiş Ştatları yanacaq mübadiləsi ilə bağlı razılığı qəbul etməyə çağıraraq, bunun nüvə qarşıdurmasına son qoymaq üçün axırıncı şans olduğunu bildirib. Bu gün televiziya ilə çıxış edən cənab Əhmədinejad deyib ki, belə bir mübadilə Birləşmiş Ştatlar Prezidenti Barak Obama üçün əlverişli imkandır. İran prezidenti Rusiyanı İrana qarşı sanksiyaları dəstəklədiyinə görə tənqid etmişdir. Bu həftənin bazar ertəsi İran Beynəlxalq Atom Enerji Agentliyinə Türkiyədə zənginləşdirilməsi və tibbi sahədə istifadə edilməsi üçün 1200 kq aşağı dərəcəli uran göndərəcəyi barədə məktub göndərmişdir.

Dünən Pekində müxbirlərlə görüşən ABŞ dövlət katibi Hillari Klinton belə bir planın beynəlxalq ictimaiyyətin artmaqda olan narahatlıqlarına kifayət qədər cavab vermədiyini deyib.

XS
SM
MD
LG