Accessibility links

İran Prezidenti Rusiyanı tənqid edib


İran Prezidenti Rusiyanı tənqid edib

İran Prezidenti Rusiyanı tənqid edib

İran prezidenti Mahmud Əhmədinejad Tehranla hava müdafiə raket sistemləri ilə bağlı razılığı ləğv etdiyinə görə Rusiyanı tənqid edib. Cənab Əhmədinejad bu gün Rusiyanın sentyabr ayında əldə edilən razılığı birtərəfli pozaraq, onun sözləri ilə “şeytana satıldlğını” deyib. BMT-nin uran zənginləşdirməsinə son qoymadığı üçün Tehrana qarşı sanksiyalar irəli sürməsindən sonra Rusiya prezidenti Dmitri Medvedev İrana S-300 müdafiə sistemi satışını qadağan etmişdir. Cənab Əhmədinejad İranın hələ də razılığın qüvvədə olduğunu hesab etdiyini və razılığı pozduğuna görə Rusiyanın cərimə edəcəyini bildirib.

XS
SM
MD
LG