Accessibility links

İran prezidenti və Boliviya lideri Tehranda keçirilən futbol matçında meydana çıxıb


)
)

İran prezidenti Mahmud Əhmədinejad və ölkədə səfərdə olan Boliviya lideri Evo Morales Tehranda baş tutan yoldaşlıq futbol matçında meydana çıxıblar. Meydanda onları Kərim Bağeri də daxil olmaqla, İranın futbol üzrə yığma komandasının bir neçə üzvü müşayiət edib. Oyunun bir məqamında cənab Moralesdən ötürmə alan İran prezidenti İran-Boliviya komandası adından qol vurub. Bu, son iki ildə Boliviya liderinin İrana ikinci səfəridir. Görüş zamanı hər iki liderin gündəliyində ticarət danışıqları da olub. İranın dövlət mediası bildirir ki, cənab Moralesin nümayəndə heyəti kənd təsərrüfatı, mədən sənayesi və ərzaq məhsulları daxil olmaqla, bir sıra sahələrdə birgə əməkdaşlığı əks etdirən sənədlərə imza atacaq.

XS
SM
MD
LG