Accessibility links

İran prezidenti və ETTELAAT rəhbərinin münasibətləri barədə ziddiyyətli məlumatlar


İran prezidenti və ETTELAAT rəhbərinin münasibətləri barədə ziddiyyətli məlumatlar

İran prezidenti və ETTELAAT rəhbərinin münasibətləri barədə ziddiyyətli məlumatlar

İranın “Fararu.com” saytı mayın 4-də ETTELAAT rəhbərinin Əhmədinejadın əmri ilə hökumət iclasını tərk etdiyi barədə məlumat yayıb. İranın Jomhourieslami”saytı və “Fars” xəbər agentliyi ETTELAAT rəhbərinin hökumət iclasından çıxarılması xəbərini təkzib edib. Amma, İran prezidentinin rəsmi portalında hökumət iclasından yayılan şəkillərdə ETTELAAT rəhbəri yoxdur.

Mayın 4-də İran prezidenti Mahmud Əhmədinejadın ETTELAAT rəhbəri Heydər Moslehini hökumət iclasından qovduğu barədə məlumat yayılıb.
“Media forum” xəbər verir ki, İranın “Fararu.com” saytı mayın 4-də ETTELAAT rəhbərinin Əhmədinejadın əmri ilə hökumət iclasını tərk etdiyi barədə məlumat yayıb. Amma Prezident Administrasiyasının rəsmisi bu xəbəri təkzib edərək bildirib ki, Əhmdinejad iclası Moslehi zalı tərk etdikdən sonra açıq elan edib. Onun sözlərinə görə, nə prezidentin iclasa gecikməsi qeyri-adi hal sayılır, nə də hansısa nazirin hökumət iclasını tərk etməsi.
Bəzi İran mənbələrinin yaydıqları digər bir məlumatda isə bildirilir ki, Əhmədinejad iclasdan əvvəl deyib ki, ETTELAAT rəhbəri iclasda olsa, mən hökumət iclasına qatılmayacağam. Məhz bundan sonra Moslehi iclası tərk etmək məcburiyyətində qalıb.
İranın daha iki media quruluşu - “Jomhourieslami” saytı və “Fars” xəbər agentliyi ETTELAAT rəhbərinin hökumət iclasından çıxarılması ilə bağlı yayılan xəbərləri təkzib etsə də, İran prezidentinin rəsmi portalında - “President.ir” saytında mayın 4-də keçirilmiş hökumət iclasından yayılan şəkillərdə ETTELAAT rəhbəri Heydər Moslehi yoxdur.
Aprelin 17-də ETTELAAT rəhbəri Moslehi istefa versə də, dini rəhbər ayətullah Əli Xamneyinin göstərişi ilə o, dərhal öz postuna qaytarılıb. Məsələyə aydınlıq gətirən bir sıra saytlar Moslehinin onunla ixtilafı olan prezidentin təzyiqi ilə istefaya məcbur edildiyini yazıb. Aprelin 19-da ayətullah Xamneyi Moslehiyə məktub yazaraq ona açıq dəstək verib. Bundan sonra prezident Mahmud Əhmədinejad 10 gün işə çıxmayıb. Aprelin 30-u o, 10 günlük fasilədən sonra hökumətin iclasında iştirak edib. Moslehi iclasa qatılmayıb.

XS
SM
MD
LG