Accessibility links

İran prezidentinin Livana səfəri davam edir


İran prezidentinin Livana səfəri davam edir

İran prezidentinin Livana səfəri davam edir

İran prezidenti İsraillə sərhəddən 4 km. məsafədə yerləşən Bint Cibeil kəndində olub

Livanda səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad Hizbullah yaraqlı qrupunun İsrailə qarşı silahlı mübarizəsini dəstəkləmək məqsədi ilə keçirilən yürüşlərdə iştirak etmək üçün ölkənin cənubundakı kəndlərə səfər edib. Televiziya ilə həmin bölgələrdə çəkilən video görüntülərdə İran bayraqlarının dalğalandığı və bir binanın üzərində cənab Əhmədinejadın böyük portretinin yerləşdirildiyi nümayiş etdirilib. İran prezidenti İsraillə sərhəddən 4 km. məsafədə yerləşən Bint Cibeil kəndində də olub. Hizbullahın güclü nəzarəti altında olan bu bölgə İsrailin 2006-cı ildə yaraqlı qrupa qarşı hücumları nəticəsində böyük dağıntılara məruz qalmışdı. Bundan sonra isə İran həmin ərazilərin bərpası üçün pulla yardım etmişdi. İndi həmin bölgəyə səfər edərkən İran prezidenti yerli əhali tərəfindən hərarətlə qarşılanmışdır.

XS
SM
MD
LG