Accessibility links

İran-İraq müharibəsinin başlanmasının ildönümü İranda hərbi paradla qeyd olunub


İran-İraq müharibəsinin başlanmasının ildönümü İranda hərbi paradla qeyd olunub
İran-İraq müharibəsinin başlanmasının ildönümü İranda hərbi paradla qeyd olunub

Paradda müxtəlif silah-sursat, o sıradan uzaq mənzilli Şəhab və quru yanacaqla işləyən Sicil raketləri, Qədir F raketi, radara düşməyən hərbi təyyarələr və digər hərbi silahlar nümayiş etdirilib.

1980-1988-ci illəri əhatə edən İran-İraq müharibəsi başa çatandan sonra hər il İranda bu müharibənin başlandığı tarix “Müqəddəs müdafiə həftəsi” adı altında rəsmən qeyd edilir.

“Media forum” saytının məlumatına görə, sentyabrın 22-də Tehranın “Behişti Zəhra” qəbiristanlığında İran İslam Respublikasının qurucusu ayətullah Ruhullah Xomeyninin məqbərəsi ətrafında keçirilən hərbi parada ölkənin Silahlı Qüvvələrinin baş qərargah rəisi Həsən Firuzabadi, İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) baş komandanı Məhəmmədəli Cəfəri, İran ordusunun baş komandanı Ətaullah Salehi və digər hərbçilər qatılıb.

Paradda müxtəlif silah-sursat, o sıradan uzaq mənzilli “Şəhab” və quru yanacaqla işləyən “Sicil” raketləri, “Qədir F” raketi, radara düşməyən hərbi təyyarələr və digər hərbi silahlar nümayiş etdirilib.

Bu gün Tehranda keçirilən parada çıxarılan uzunmənzilli raketlər İsrail və Ametikaya müttəfiq ərəb ölkələrini hədəf almağa qadirdir. İranın Fars xəbər agentliyinin məlumatında İnqilab Qvardiyasının yeni gəmivuran raketlərinin də nümayişə çıxardığı bildirilir. Paradda iştirak edən İran liderləti İranın raket təhlükəsinə qarşı ərazisində NATO-nun radarının yerləşdirilməsinə razılıq verən Türtkiyəni tənqid edib. Fars İran rəsmisi Əmir Əli Hacızadəyə istinadən bildirib ki, İsrail və Amerikanın bu addımı yararsızdır.

Sentyabrın 22-də İranın Şərqi Azərbaycan əyalətinin paytaxtı Təbrizdə də parad keçirilib. Şərqi Azərbaycan əyaləti ostandarının və ölkənin dini lideri ayətullah Əli Xamneyinin əyalətdəki nümayəndəsinin qatıldığı mərasimə “Sepah” və onun nəzdində fəaliyyət göstərən “Bəsic” qüvvələri, eləcə də İran ordusunun hərbi hissələri qatılıb.

XS
SM
MD
LG