Accessibility links

İran rəsmisi amerikalı səyahətçilərin məhkəməyə çıxarılmalı olduqlarını deyir


İranın xarici işlər nazirliyi bildirir ki, ötən il saxlanılmış üç amerikalı səyahətçi məhkəmə qarşısına çıxarılmalıdır. Xarici işlər nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, Şeyn Bauer, Sarah Şourd və Coş Fattalın ölkəyə qeyri-qanuni daxil olduğu aydındır. İran rəsmiləri bildiriblər ki, üç səyahətçi İrana qarşı casusluq məramları ilə ölkəyə daxil olublar, lakin onlara qarşı rəsmi ittiham irəli sürülməyib. ABŞ rəsmiləri və səyahətçiləri ailə üzvləri saxlanılanların günahsız olduğunu deyirlər. ABŞ prezidenti Barak Obama cümə günü Tehranı səyahətçiləri dərhal azadlığa buraxmağa çağırıb. Cənab Obama bildirib ki, səyahətçilərin ədalətsiz saxlanmasının İran hökuməti ilə beynəlxalq ictimaiyyət arasındakı qarşıdurmaya heç bir dəxli yoxdur. Cümə günü amerikalı səyahətçilərin İran qüvvələri tərəfindən saxlanmasının birinci ildönümü tamam oldu.

XS
SM
MD
LG