Accessibility links

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Səudiyyə Ərəbistanını tənqid edib


İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Səudiyyə Ərəbistanını tənqid edib
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Səudiyyə Ərəbistanını tənqid edib

Baş Qərargah rəisi Həsən Firuzabadi deyib ki, Bəhreyn xalq 30 ildir ki, zülm və təzyiq altında olub. İndi Allahın iradəsi belədir ki, onların üstündən bu təzyiq götürülsün. Ən yaxşı işi Tunis prezidenti etdi - bir gecənin içində çıxıb getdi. Bunlar da (Bəhreyn rəhbərliyi) həmin işi etməli idilər.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Həsən Firuzabadi aprelin 11-də jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanına qarşı sərt bəyanat səsləndirib.

“Media forum” saytının məlumatına görə, Həsən Firuzabadi deyib ki, Səudiyyə Ərəbistanı Bəhreynə hərbi qüvvəni ABŞ-ın tapşırığı ilə yeridib: “Səudiyyə Ərəbistanının Bəhreynə hərbi müdaxiləsi onun yol verdiyi ən böyük səhvidir. Bəhreyn xalqına qarşı bu zülm onların süqutunu sürətləndirəcək.

Bəhreyn xalq 30 ildir ki, zülm və təzyiq altında olub. İndi Allahın iradəsi belədir ki, onların üstündən bu təzyiq götürülsün. Ən yaxşı işi Tunis prezidenti etdi - bir gecənin içində çıxıb getdi. Bunlar da (Bəhreyn rəhbərliyi) həmin işi etməli idilər. Nəyin bahasına olursa olsun hakimiyyətdə qalmaq onlara bədbəxtlik və üz qaralığından başqa bir şey gətirməyəcək. Onlar bu hərəkətləri ilə özlərini biabır edir, öz işlərini ağırlaşdırırlar”.

Fevralın 14-dən Bəhreyn Krallığında hökumətə qarşı aksiyalar keçirilib. Müxalifət yeni konstitusiyanın qəbul olunmasını, hökumətin seçki yolu ilə formalaşdırılmasını tələb edib.

Kral Hamad Al-Xəlifə martın 15-i Bəhreyndə üç ay müddətinə fövqəladə vəziyyət elan edib. Fövqəladə vəziyyət rejimini yerli hüquq mühafizə qüvvələri və martın 14-də Səudiyyə Ərəbistanından, Birləşmiş Ərəb Əmirliklərindən gətirilən hərbçilər və polis əməkdaşları gerçəkləşdirməyə başlayıb. Fövqəladə vəziyyətin tətbiqi nümayişçilərə qarşı əməliyyatlarla müşayiət olunub. Nəticədə ölən və yaralananlar olub, həbslər həyata keçirilib.

Bəhreyndə əhalinin əksər hissəsi şiə müsəlmanlar olsa da, ölkəni sünni təriqətinə məxsus müsəlmanlar idarə edir.

XS
SM
MD
LG