Accessibility links

İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar bəyan edib ki, hökumət ölkənin bütün sərhədləri boyunca nəzarət və təhlükəsizliyin gücləndirilməsi üzrə yeni kompleks tədbirlər hazırlayıb

İran qonşu dövlətlərlə sərhədlərinin təhlükəsizliyini möhkəmləndirmək qərarına gəlib. ANS PRESS agentliyi PressTV-yə istinadən verdiyi xəbərə görə, İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar bəyan edib ki, hökumət ölkənin bütün sərhədləri boyunca nəzarət və təhlükəsizliyin gücləndirilməsi üzrə yeni kompleks tədbirlər hazırlayıb.
Cənab Nəccarın sözlərinə görə, yeni plan ölkənin şimal-qərb və şərq sərhədləri boyunca reallaşdırılıb və yaxın gələcəkdə İranın bütün sərhədləri boyunca tam olaraq həyata keçiriləcək.
O qeyd edib ki, doqquzuncu hökumət əvvəlki administrasiyalarla müqayisədə sərhədlərin təhlükəsizliyinin təmin edilməsinə ayrılan xərcləri 17 dəfə artırıb.
İranlı nazir əlavə edib ki, İran Silahlı Qüvvələri və əyalət qubernatorları idarələri bütün ölkə üzrə planı icra edirlər.
Agentlik qeyd edir ki, İranın ümumi quru sərhədləri 5,440 kilometr təşkil edir. İran şimalda Azərbaycan, Ermənistan, Türkmənistanla, şimal-qərbdə Türkiyə, cənubda İraq, şərqdə isə Əfqanıstan və Pakistanla sərhəddir.

XS
SM
MD
LG