Accessibility links

Iran ABŞ-ın üzr istəməsini tələb edir


Iran ABŞ-ın üzr istəməsini tələb edir
Iran ABŞ-ın üzr istəməsini tələb edir

İran Səudiyyə Ərəbistanının Amerikadakı səfirinə qarşı sui-qəsd cəhdində İranı ittiham edən ABŞ-ın üzr istəməsini tələb edir. Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst İranın ABŞ-a yazılı müraciət etdiyini bildirib.

Məktubda ittihamlara görə İrana vurulan ziyanın təzminatı da tələb edilir.

Amerika 1.5 milyon dollarlıq sifarişlə səfirin öldürülüməsi ittihamı ilə iki iranlıya qarşı cinayət işi qaldırıb. Ötən həftə Nyu-York məhkəməsi qarşısına çıxarılan Mənsur Ərbabsiar günahkar olmadığını bildirib. Digər şübhəli Qulam Şakuri isə hələ də axtarışdadır.

XS
SM
MD
LG