Accessibility links

İran Səudiyyə Ərəbistanınının səfirinə qarşı sui-qəsd cəhdini araşdırmağa hazır olduğunu deyib


İran Səudiyyə Ərəbistanınının səfirinə qarşı sui-qəsd cəhdini araşdırmağa hazır olduğunu deyib
İran Səudiyyə Ərəbistanınının səfirinə qarşı sui-qəsd cəhdini araşdırmağa hazır olduğunu deyib

İran Səudiyyə Ərəbistanınının səfirinə qarşı sui-qəsd cəhdində əli olduğuna dair Birləşmiş Ştatların ittihamlarını araşdırmağa hazır olduğunu bildirib. İranın dövlət İRNA xəbər agentliyinin bildirdyinə görə, İranın xarici işlər naziri Əli Əkbər Salehi Amerikanı insidentlə bağlı sənədlərin təqdim edilməsinə çağırıb. İran ona qarşı irəli sürülüən ittihamları rədd edir. Ölkənin ali ruhani rəhbəri Ayətulla Əli Xameneyi Amerika tərəfindən atılan hər bir qeyri-müvafiq siyasi və ta təhlüksizliklə bağlı addıma lazımi cavab veriləcəyini bildirib.

Dünən İran prezidenti Mahmud Əhmədinejad Səudiyyə Ərəbistanının Vaşiqntondakı səfirinə qarşı sui-qəsd cəhdində İranın əli olduğunu inkar edib. Prezident deyib ki, iranlılar sivil bir xalqdır və sui-qəsd kimi əməllər arxasında daldalanacaq bir millət deyil.

XS
SM
MD
LG