Accessibility links

İran səyahətçilərin azad ediləcəyinə eyham vurur

  • Asgar Asgarov

İran səyahətçilərin azad ediləcəyinə eyham vurur

İran səyahətçilərin azad ediləcəyinə eyham vurur

İran xarici işlər naziri Əli Əkbər Salehi Tehranda casusluq ittihamları ilə həbs alınan iki amerikalının tezliklə azadlığa buraxılacağına ümidini izhar edib.

O, deyib ki, ədliyyə rəsmiləri Josh Fattal və Shane Bauer-in məsələsinə “ədalətli mövqedən” yanaşırlar. O, ümidvar olduğunu bildirib ki, bu yanaşma iki gəncin azadlığa buraxılması ilə nəticələnəcək.

Salehi bu bəyanatı Beninin xarici işlər naziri ilə birgə mətbuat konfransında verib.

İran rəsmiləri Fatta, Bauer və üçüncü səyahətçi Sarah Shourd-u 2009-cu ildə qanunsuz olaraq iraqdan ölkəyə daxil olmaq ittihamı ilə həbs etmişdilər. Tehran Shourd-u ötən sentyabrda zaminə buraxdı.

Tutulanların vəkili Məsud Şafiey deyib ki, o, məhkəmə hökmünü bir həftə ərzində elan edəcək.

XS
SM
MD
LG